İmişli rayonunun Cəfərli kəndində kənd sakini Amil Həbibli idarə etdiyi "Belarus-89" markalı traktorla yolda velosiped sürən rayon sakini Şahin İbrahimovu vurub. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ş.İbrahimov hadisə yerində ölüb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31