Bakıda fəhlə avtokarın altına düşüb öldü

Bakıda fəhlə faciəli halda ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 30-da Qaradağ rayonu Puta qəsəbəsində Sumqayıt şəhər sakini İsmayıl Cəlilov ehtiyatsızlıqdan Abşeron rayon sakini Şamil Əlizadənin idarə etdiyi avtokarın altına düşərək ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31