İsmayıllıda güclü yanğın, ev və maşın yandı

 İsmayıllıda güclü yanğın hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 29-da saat 23 radələrində İsmayıllı rayonunun Soltankənd kənd sakini Sabir Məhərrəmova məxsus yardımçı otaqda yanğın baş verib. Yardımçı otağın yanar konstruksiyaları və oradakı əşyalar, habelə S.Məhərrəmova məxsus "VAZ-2107" markalı avtomobil yanmış, xəsarət alan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31