Qubada silahlı insident
1 Sentyabr 2014 15:03 KriminalQubada silahlı münaqişə baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 30-da Quba rayonunun İsnov kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Əziz Cəlilzadə Bakı şəhər sakini Mehman Kərimovla mübahisə edib tüfəngdən havaya 1 dəfə atəş açaraq xuliqanlıq edib.
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Cəlilzadə saxlanılıb, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31