Telefon keçirmək cəhdinin qarşısı alınıb
1 Sentyabr 2014 13:16 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.2; 234.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Elşən Əli oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş bacısı, Bakı şəhəri, Balaxanı qəsəbəsi B.Əfəndiyev küç. 10 ünvanında yaşayan vətəndaş Sevinc Əli qızı Hüseynovanın üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, görüş otağında keçirilən baxış zamanı əl çantasının içərisində gizlədilmiş bir ədəd "Nokia E72" markalı mobil telefon aparatı və mobil telefon aparatı üçün nəzərdə tutulmuş bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.