Şəmkirdə 4 otaqlı ev yanıb
1 Sentyabr 2014 12:45 KriminalŞəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstuksiyaları 90 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31