Suda boğulan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfər ("Buzovna" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin "Buzovna" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31