Səhmdar Cəmiyyətin əmlakı yanıb
1 Sentyabr 2014 12:43 KriminalBakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus səhmdar cəmiyyətin ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 830 kv.m 13 otaqdan ibarət olan tikilinin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 200 kv.m yanıb. Otaqların içərisinə yığılmış müxtəlif növ mühərrik və havatəmizləyici qurğular olub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31