Bakıda şadlıq evinin arxasında qətl

Bakıda gənc oğlan əlini insan qanına batırıb. Binəqədi rayonunda yerləşən şadlıq sarayının arxasında adam öldürülüb. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dünən saat 19 radələrində Xocahəsən qəsəbəsindəki "Sahil" şadlıq sarayının arxasında Buzovna sakini 30 yaşlı Samir Eynalov 45 yaşlı Nizami Quliyevi bıçaqla öldürüb. S.Eynalov artıq tutulub. Qətlin motivi barədə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31