Yasamalda cibgir qadınlar yaxalandı
29 Avqust 2014 15:23 KriminalBakıda iki cibgir qadın oğurluq edərkən yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata gtörə, avqustun 27-də Yasamal rayonu Şərifzadə küçəsində Bakı şəhər sakini Elmir Şirinovun çantasından pul kisəsini oğurlayıb qaçarkən Sumqayıt şəhər sakini Natiqə Baxıyeva və Bakı şəhər sakini Nərgiz Ağaməmmədova Çevik Polis Alayı və Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31