4 gün sonra nişan olacaqdı...

İzmirdə tükürpədici qəza baş verdi

"OLAYLAR"ın Türkiyənin Cihan xəbər portalına istinadən məlumatına görə İzmirin Bayraqlı qəsəbəsində sərnişin avtobusunun aşmasından 4 gün sonra nişanlanacaq Özgə Uludağ dünyasını dəyişib. İzmirdəki banklardan birində işləyən Özgə, bacısı Gözdə Uluağac, qardaşı İsmayl Uluağac və nişanlısı Betül Dirlik ad günündən qayıdarkən avtobus yüksək sürəti səbəbindən səki kənarına dəyərək aşıb. Pəncərədən kənara düşən Özgə Uluağac avtobusun altında qalaraq ağır yaralanıb. Onunla bərabər zərəçəkənlər də ilk yardım vasitəsilə xəstəxanaya aparılıblar. Həkimlərin bütün çalışmalarına baxmayaraq Özgə Uluağac 30 yaşında dünyasını dəyişir. Özgənin ölüm xəbərini eşidən nişanlısı Betül sinir krizi keçirir. Qəzadan heç bir zərər görməyən Özgənin qardaşı İsmayıl isə spirtli içkili halda avtomobil idarəetmə günahı ilə polislər tərəfindən həbs olunub. "OLAYLAR" İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31