Qaxda qəribə qətl, qonşu qonşunu daşla vurub öldürdü

Qax rayonunda qəribə qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 28-də Qax rayonun Qaşqaçay kəndində kənd sakini Aydın Babayev münaqişə zəminində həmkəndlisi Azad Əmrahovu daşla vurub. A.Əmrahov hadisə yerində ölüb. Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Babayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31