Bakıda oğru mənzildə ev sahibi ilə üzləşdi

Bakıda mənzilə oğurluq hadisəsi zamanı oğru mənzil sahibini hədələyib. Biu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 28-də Bakı şəhər sakini Nuranə Əliquliyeva Yasamal RPİ 26-cı PB-yə ərizə ilə müraciət edərək həmin gün saat 04 radələrində evinə pəncərədən oğurluq məqsədi ilə girmiş naməlum şəxsin evdəkiləri gördükdə mətbəxdəki bıçağı götürüb onları hədələməsini bildirib. 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Mehman Qoçuyev tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31