Dəhşətli olay: 2 yaşlı qız "Prado"nun altında qaldı

Hadisə ilə bağlı araşdırmalar aparılır

Şəmkir rayonunda faciəvi hadisə baş verib. Lent.az-ın məlumatına görə, rayonun Keçili kəndində 2 yaşlı qız "Toyota Prado" markalı avtomobilin altında qalıb. Azyaşlı qız ehtiyatsızlıqdan avtomobil arxaya doğru hərəkət edərkən maşının altında qalıb və təkərin altında qalaraq əzilib. Körpənin həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31