Azərbaycanda iki qardaş həlak oldu

Tovuzdakı dəhşətli qəzada 2 qardaş dünyasını dəyişdi.Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, Bakı-Qazax  avtomagistralının 433-cü kilometrliyində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə bu gün səhər saatlarında baş verib. Şəmkir rayonu qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili ilə Gürcüstan qeydiyyatında olan "TIR Skania" markalı yük maşını toqquşub. Qəza nəticəsində "Mercedes"də olan 2 qardaş - Samir və Rövşən Balayevlər həlak olub, digər sərnişin Fazil Əmiraslanov isə yaralanıb.Hadisə ilə bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31