Dağlarda yanğın başlayıb

Şəkidə güclü yanğış başlayıb

Bu gecə Şəki rayonunda güclü yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin Şəki şəhər Regional Yanğın Hissəsinin rəisi Zahir Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə saat 01:00-dan başlayıb.Yanğın Kişdə, dağda qeydə alınıb. Verilən məlumata görə, dağda kol-kosda qəflətən yanğın başlayıb. Hadisə yerinə 100-dən çox yanğınsöndürən və ağır texnika cəlb olunub.Yanğın hazırda da davam edir. Hadisə yerində yanğınsöndürənlər çalışır. Əlavə kömək qüvvələri də göndəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31