Bakıda küçədə qadını yerə yıxıb pulunu aldılar
29 Avqust 2014 12:17 KriminalBakıda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 19-da Z.Bünyadov prospektində Elyanə Sadıqovanı yerə yıxaraq əl çantasından mobil telefon və 3000 manatının götürməkdə şübhəli bilinən, Bakı şəhər sakini Emil Hacıyev Nərimanov Rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Saxlanılan şəxs ətrafında arşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31