Zərdabda 4 tondan çox narkotik vasitə məhv edilib

Zərdab rayonu ərazisində 4 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilib.Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adı altında kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Zərdab rayonunun Bıçaqçı kəndinin "Yuxarı bağ" adlanan ərazisində sayı 2900 ədəd, çəkisi 4 ton 307 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Çətə kolları yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31