Xəstə baxıcısı ruhi xəstəni zorladı!

50 yaşlı 3 uşaq atası 29 yaşlı gənc qadını təhdid edərək təcavüz edib

Türkiyədə kişi xəstə baxıcısı ruhi xəstəni təhdid edərək zorlayıb. ANS PRESS-in məlumatına görə, Türkiyənin Sinop vilayətində yaşayan və ərindən ayrılan 29 yaşlı C.K. adlı qadın yaşadığı depressiyadan müalicə olunmaq üçün bir həftə əvvəl Samsundakı Ruhi Xəstəxanaya yatırılıb. İddiaya görə, hadisə günü növbədə olan xəstə baxıcısı Coşqun H. gənc qadını təhdid edərək qorxutduqdan sonra ona təcavüz edib. 50 yaşlı evli və üç uşaq atası olan Coşkun H. 29 yaşlı qadına "Səni bağlı otağa salaram" dedikdən sonra, onu otağa aparıb və təcavüz edib. Baş verən hadisədən xəbər tutan xəstəxana rəhbərliyi bu barədə polisi məlumatlandırıb. Nəzarət altına alınan xəstə baxıcısı həbsxanaya göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31