Ziya Məmmədovun qardaşı qızını öldürən qəzanın videosu VIDEO

Günay Ələsgərovanın Qazqumlaq kəndində dəfn olunacaq

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızının ölümünə səbəb olan avtomobil qəzasının videogörüntüləri yayılıb.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu gün gecə saatlarında Gəndob-Yalama yolunda ağır yol qəzası nəticəsində nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı Günay Loğman qızı Ələsgərova dünyasını dəyişib. Hadisə yolun 19-cu kilometrliyində, Şabran ərazisindən keçən hissəsində baş verib.Xaçmaz rayon sakini Məhərrəm Şəmbala oğlu Cəbiyevin idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşını 1950-ci il təvəllüdlü Quba rayon sakini Ramiz Qaflan oğlu Almasovun idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı "KİA" markalı minik maşınını arxadan vurub.Qəza zamanı "KİA"da olan sərnişin, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Günay Loğman qızı Ələsgərova dünyasını dəyişib. Onun nazir Ziya Məmmədovun qardaşı Loğmanın qızı olduğu bildirilib.Günay Ələsgərovanın Qazqumlaq kəndində dəfn olunacağı bildirilib.qafqazinfo  Şabran rayonu ərazisində baş verən qəzanın videosunu təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31