Sabirabadda iki nəfər Kürdə boğuldu, meyitlər tapılmır
28 Avqust 2014 15:40 KriminalSabirabadda iki qonşu Kür çayında boğulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 27-də Sabirabad rayonu Şıxsalahlı kəndində kənd sakinləri Etibar Nuriyev və Tərlan Nərimanov Kür çayında çimərkən suda boğulublar. Onların meyitlərinin sudan çıxarılması üçün tədbirlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31