Şəmkirdə ağır qəza, ölənlər və yaralılar var

Şəmkirdə ağılr yol qəza hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 27-də saat 17 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndində Daşbulaq kənd sakini Namiq Seyidov idarə etdiyi "Volkswagen" markalı avtomobili yol ayırıcısına vurub. N.Seyidovun sərnişinlərindən həmkəndliləri Rübabə Cabbarova və Ayna Qarayeva hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31