İsmayıllıda silahlı toqquşma
28 Avqust 2014 15:36 Kriminalİsmayıllıda qonşular arasında silahlı toqquşma olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 28-də İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini Əlvan Allahverdiyev RPŞ-yə ərizə ilə müraciət edərək avqustun 27-də həmkəndlisi Əli Hüseynovun münaqişə zəminində ona və qardaşı Ramazana tərəf ov tüfəngindən 1 dəfə atəş açmasını bildirib. İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynov saxlanılıb, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31