Ticarət mərkəzində dəhşətli intihar
Özünü 3-cü mərtəbədən atan şəxs hadisə yerində keçindi
28 Avqust 2014 13:52 KriminalTürkiyənin İstanbul şəhərində Ticarət Mərkəzlərindən birinin alıcıları dəhşətli hadisənin şahidi olublar.ANS PRESS-in məlumatına görə, S.K adlı kimsəsiz vətəndaş dünən axşam saatlırında Silivri Çarşıdakı mərkəzindəki Ticarət Mərkəzinə gələrək 3-cü mərtəbəyə çıxıb. Burada oturaraq bir-birinin ardınca siqaret çəkib. Daha sonra ayağa qalxan S.K, qəfildən özünü pilləkənlərin arasındakı boşluqdan aşağı atıb.Ticarət Mərkəzinin birinci mərtəbəsinə düşən S.K hadisə yerində həyatını itirib.Dəhşətli anlarin hər saniyəsi mühafizə kamerasının yaddaşına həkk olub.Hadisə yerinə gələn polis və istintaq qrupu S.K-nın cəsədini cənazə avtomobili ilə Ədliyyə Tibb Qurumunun morquna aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31