Bakıda əxlaqsızlıq yuvası aşkarlanıb

Bakının Yasamal rayonunda qadınları fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvası təşkil edilməsi faktı aşkar edilib. Bu barədə "Azadinform"a Daxili İşlər Nazirliyinin İnsan Alveri İdarəsindən məlumat verilib. Məlumata görə, 2012-ci il avqustun 14-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Heydər Əliyev küçəsi ev 1-də pasport qeydiyyatında olan Elnarə Hüseynova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib. Həmçinin müəyyən edilib ki, Elnarə Hüseynova Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 13 ünvanında yerləşən mənzildə əxlaqsızlıq yuvası təşkil edib. O, həbs edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31