Narkotik vasitə aşkar olunub
28 Avqust 2014 13:13 KriminalBalakən Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan vətəndaşı Sahib Bayramovun idarə etdiyi "Lexus ES350" markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin salonunda - arxa oturacağın söykənəcəyinin arxasından xalis çəkisi təxminən 922 qram olan narkotik vasitə - marixuana, bundan başqa, 8 ədəd "Nokia XL", 3 ədəd "Samsung GT-S7562", 2 ədəd "Samsung GT-S7582, 2 ədəd "Samsung GT-S7272" markalı mobil telefonlar aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31