“Mersedes” metal çəpərə çırpılıb
Bir nəfər ölüb, biri yaralanıb
27 Avqust 2014 17:21 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol ayrıcı metal çəpər konstruksiyasına çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bir nəfər xəsarət almış və bir nəfər hadisə yerində vəfat edərək avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını və cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31