Dənizdə 4 nəfər xilas edilib

Bakı şəhəri, Sabunçu rayonunda, Sumqayıt şəhərində və Abşeron rayonunda dənizdə 4 nəfər xilas edilib.  "Olaylar" Fövqəladə Hallar Nazirliyinini saytına istinadən xəbər verir ki, xilasetmə əməliyyatı  müvafiq olaraq "Pirşağı" sularda xilasetmə məntəqəsindən, təxminən, 650 m məsafədə, nəzarət olunmayan ərazidə, "Sumqayıt" sularda xilasetmə məntəqəsinin ərazisində və "Novxanı" sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə aparılıb. Sözügedən ərazilərdə  batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31