Sarayda həmkəndlisini güllələyib qaçan şəxs yaxalandı

Bir neçə gün öncə Abşeronda bir nəfəri güllələyib qaçan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də ov tüfəngindən atəş açıb Emil Bayramova qol nahiyəsindən xəsarət yetirmiş Saray qəsəbə sakini Əli Əliyev tutulub və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31