Bakıda avtomat satan şəxs yaxalanıb

Bakıda avtomat satan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də saxlanılmış Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanova "AKMS" markalı silah, 55 ədəd patron və RPK pulemyotu üçün nəzərdə tutulmuş diski satmış Bakı şəhər sakini Şahin Quliyev tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31