İlin ən böyük kokain partiyası tutuldu

Peru polisi 3 tondan çox kokain ələ keçirib

Peru polisi ümumi çəkisi 3,5 ton olan, bu ilin ən böyük kokain partiyasını ələ keçirib.Anspress-in məlumatına görə, kokain Belçika və İspaniyaya yola düşən kömür yüklü gəmidə gizlədilmişdi. Hazırda gəmi ölkənin şimalında olan Truxilyo şəhərinin limanındadır.Xüsusi əməliyyat zamanı polis 2 Peru vətəndaşını və 5 meksikalını həbs edib. Polislər ehtimal edirlər ki, kokainin daşınmasına meksikalı narkokartellərdən biri rəhbərlik edib.Qeyd edək ki, 2012-ci ildən Peru kokain istehsalı həcminə görə Kolumbiyanı ötərək dünyada birinci yerdə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31