Ağcəbədidə dəhşətli qəza, iki nəfər öldü, 3 nəfər yaralandı
26 Avqust 2014 16:37 KriminalAğcəbədidə dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 25-də saat 08 radələrində Ağcabədi rayonu Qaradolaq kəndində Rusiya Federasiyası vətəndaşı Elşən Quliyevin idarə etdiyi "Chevrolet" və Saatlı rayon sakini Raul Qarayevin idarə etdiyi "VAZ-2109" markalı avtomobillər toqquşub. R.Qarayevin sərnişinləri - Beyləqan rayon sakinləri Ramil İbadlı və Amid İsmayılov hadisə yerində ölüb, özü, habelə E.Quliyevin iki sərnişini xəstəxanaya yerləşdirilib.Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31