DİN Bakıda bir ailənin bıçaqlanması barədə məlumat yaydı
26 Avqust 2014 16:35 KriminalDaxili İşlər Nazirliyi Bakıda bir ailənin bıçaqlanması ilə bağlı məlumat hyayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 25-də Xəzər rayonunun Şağan qəsəbəsində Tərlan Abdullayevin yaşadığı evə gəlmiş qohumu Nahid Qədəşov ailə-məişət münaqişəsi zəminində ona, onun arvadı Ülkərə, oğlu Rəhmana və öz qardaşı Cahidə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ülkər orada ölüb.Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qədəşov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31