Daşkəsəndə ovçü güllələnib öldürüldü

Daşkəsəndə ovçu adigər ovçu yoldaşları tərəfindən güllələnərək öldürülüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirlioyin saytına istinadən yaydığı məlumata görə, avqustun 23-də Daşkəsən rayonunun Astaf kənd sakinləri, əvvəllər məhkum olunmuş Xəqani Abdullayev, Sahib Cabbarov, İlham Hüseynov və onun qardaşı İman kəndin ərazisində yerləşən "Göy Yurd" adlandırılan ərazidə ov edərkən tüfəngdən açılmış atəşdən X.Abdullayev ölüb. Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Cabbarov, İ.Hüseynov və İman saxlanılıb. Hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31