Tərtərdə dəhşət, oğul atasını öldürdü, anasını ölümcül yaraladı
25 Avqust 2014 18:20 KriminalTərtərdə dəhşətli hadisə baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 24-də Tərtər rayonunun Bayandur kəndində kənd sakini, ruhi xəstə Arzuman Vəliyev münaqişə zəminində atası Rasimə və anası Gülgəzə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Rasim orada ölüb. Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Vəliyev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31