Bakının mərkəzində narkotika satan dəstə zərərsizləşdirilib

Bakıda açıq -aşkar narkotika alveri ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nəsimi rayonu ərazisində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Əzizovdan 350,01 qram tiryək götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun narkotik vasitəni Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Əsgərovdan alması müəyyən edilib. Davam etdirilən əməliyyat tədbirləri ilə C.Əsgərov tutulub, ondan 0,038 qram heroin, evinə baxış zamanı isə 593,39 qram tiryək, 140,92 qram həşiş qətranı, 130,23 qram heroin və 2 ədəd elektron tərəzi (narkotik vasitələrin çəkisini müəyyən etmək üçün) aşkar edilərək götürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31