Bakıda tikintidə daha bir ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 22-də Bakı şəhər sakini Rəşid Nəsibov Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəhlə işlədiyi evin damından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş R.Nəsibov avqustun 23-də orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31