Bakıda bir ailənin iki üzvünü maşın vurub öldürdü
25 Avqust 2014 18:01 KriminalBakıda bir ailənin iki üzvünü maşın vurub öldürüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 23-də saat 23 radələrində paytaxtın Nizami rayonu Babək prospektində "VAZ-21114" markalı avtomobillə yolu keçən Qazax rayon sakinləri Vüqar Mustafayev və Tünzalə Mustafayeva vurulub və onlar hadisə yerində ölüblər. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elmir Mehrəliyev tutulmuşdur. Nizami RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31