Zaqatalada narkomafiya yaxalandı
25 Avqust 2014 17:58 KriminalZaqatalada narkotika alveri ilə məşğul olan mütəşəkkil dəstə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulmuş İbrahim Uğriyevin evinə baxış zamanı 545 qram, Datuna Batiyaşvilinin həyətinə baxış zamanı isə 445 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31