64 yaşlı kişinin meyiti mənzilində aşkar edilib
25 Avqust 2014 17:09 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində 1950-ci il təvəllüdlü Ramiz Kamran oğlu Mirzəyev mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaləb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək 3-cü mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı K.Mirzəyevin vəfat etdiyi müəyyən olunub.