Dövlət Gömrük Komitəsindən xəbərdarlıq

Beşbarmaq soyuq silah hesab edilir

Hava Nəqliyyatında Baş Gömrük İdarə¬sinin həyata keçirdiyi tədbirlər nəticəsində, ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasına İstanbul-Bakı, Antalya-Bakı, Bodrum-Bakı, Burqas-Bakı və Moskva-Bakı aviareyslərilə gələn Azərbaycan vətəndaşlarından metaldan hazırlanmış, ümumilikdə 8 ədəd soyuq silah - o cümlədən, 4 ədəd "beşbarmaq" və 4 ədəd dəyənək aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, üumilikdə 8 belə fakt aşkar edilib və bütün faktlarla bağlı təhqiqat aparılır. övlət Gömrük Komitəsi səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu "beşbarmaq" və dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növlərilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31