Dezodorantda həşiş gizlədibmiş

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 177.2.4 maddələrinə əsasən həbs edilmiş şəxs Şamo Əlikram oğlu Qocayevin tanışı, İmişli rayonu, K.Qasımov küçəsi ev 14-də yaşayan vətəndaş İlqar Azər oğlu Rəfiyevin gətirdiyi sovqata baxış keçirilib.   Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar" a verilən məlumata görə, baxış zamanı "Çistaya liniya" dezodorantının içərisində 2 ədəd sellofan paketə bükülərək gizlədilmiş, xalis çəkisi 1,5 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31