Bakıda qadın sevgilisini bıçaqladı

Bakıda qadın münasibətdə olduğu kişini bıçaqlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 22-də Emilya Əmiraslanova paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Bakı şəhər sakini Nicat Orucova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Nəsimi RPİ və Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əmiraslanova tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31