Azərbaycanda daha bir dəhşətli qəza: ölənlər var
25 Avqust 2014 11:31 KriminalAğcəbədidə ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "VAZ" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ" markalı minik avtomobilin sürücüsü yaralı, 2 nəfər sərnişini isə qəza nəzticəsində vəfat edərək deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü və 2 nəfər sərnişinin cəsədini avtomobildən çıxarmış, aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31