Bakıda güclü yanğın: xəsarət alan var

Dünən Bakı şəhərinin Xətai rayonunda mənzildə yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzilin eyvanında şkaf və mətbəxin qapı-pəncərə çərçivəsi 5 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 18:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.Yanğının səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31