37 yaşlı qadını elektrik vurdu
22 Avqust 2014 18:07 KriminalXaçmaz rayonunun İdris-oba kəndində bədbəxt hadisə baş verib. 1977-ci il təvəllüdlü kənd sakini Seyidəhmədova Səbinə Mirzalı qızı elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Qadın antennanı fırladan zaman antenna evin yaxınlığından keçən yüksək gərginlikli elektrik xəttlərinin üzərinə aşıb. Nəticədə 37 yaşlı qadını elektrik cərəyanı vurub. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31