Şəhidlər Xiyabanındakı rüsvayçılıqla bağlı cinayət işi
Baş Prokurorluq qəbirlərin təhqir edilməsilə bağlı araşdırma aparılır
22 Avqust 2014 17:05 KriminalAvqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb. Сinayət işi üzrə istintaqın aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Bakıda məhəbbət simvolu sayılan şəhidlərimizin qəbirləri təhqir olunub. Bu barədə ANS PRESS-in "qaynar xətti"nə müraciət daxil olub. Müraciətdə deyilir ki, Bakıda Şəhidlər Xiyabanındakı İlham və Fərizənin qəbirləri üzərinə nəcis sürtülüb.