Bakıda faciə nəticəsində qadın öldü

Xətai rayonu ərazisində qadın 5-ci mərtəbədən düşüb öldü

Ötən gün Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, faciə nəticəsində pəncərədən yıxılan qadın ölüb. Belə ki, rayon sakini Qəmər Hacıyeva yaşadığı 5 mərtəbəli binanın 5-ci mərtəbədən yıxılıb. Qadın mənzilin pəncərəsindən ehtiyatsızlıq nəticəsində düşüb. Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31