Tovuzda dəhşətli qəza, 1 ölü , iki yaralı
21 Avqust 2014 18:45 KriminalTovuzda ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 20-də saat 18 radələrində Tovuz rayonunun Azaflı kəndində Düz Cırdaxan kənd sakini Asim Əliyev idarə etdiyi "Opel" markalı avtomobili aşırıb. Sürücü və sərnişnlərindən - Bakı şəhər sakini Müşfiq Cəbrayılov hadisə yerində ölmüş, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. Tovuz RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31