Biləsuvarda 14 yaşlı qız oğurluğa görə saxlanıldı

Biləsuvarda oğurluq edən 14 yaşlı qız yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da Aygün İbayevanın evindən 2 ədəd mobil telefon oğurlamış rayon sakini, 14 yaşlı qız (Z.B) saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31